Bakı Dövlət Universitetinin (BDU) rektoru səfər proqramı çərçivəsində Vyana şəhərində Azərbaycan Respublikasının Avstriya Respublikasında və Sloveniyada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüş zamanı Avstriya və Sloveniya universitetləri ilə BDU arasında ali təhsil, elmi-tədqiqat və akademik mübadilə sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Bununla yanaşı, Vyanada fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlarla birgə elmi və institusional layihələrin həyata keçirilməsi, universitetlərarası tərəfdaşlıqların qurulması və BDU-nun beynəlxalq elmi platformalarda təmsilçiliyinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib