Bu il rezidentura imtahanları elektron formada olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşündə məlumat verib.
Onun sözlərinə görə, ötən il vətəndaşlara 13 milyon elektron xidmət göstərilib, 300-dən çox imtahan keçirilib.
Sədr qeyd edib ki, hər imtahanda nəzarətçilər, imtahan rəhbərlərinin böyük rolu var:
"2000-3000 marker müəllim yazı işlərini yoxlayır. Nəzarətçi müəllimdən imtahan rəhbəri seçiləndə mütləq sertifikasiyadan keçmə prosesinə baxılır. Nəzarətçi müəllimlər bilməlidir ki, imtahanlar artıq elektronlaşdırılır. Nəzərdə tutulur ki, bu il rezidenturaya imtahan prosesi tam rəqəmsallaşdırılsın".
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib