Fevralın 3-ü gecə saatlarından başlayaraq Quba, Qusar və Xaçmaz rayonlarının ərazisinə qar yağır.
“İki sahil” xəbər verir ki, Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, qarın yağması ilə əlaqədar Qubanın rayon mərkəzində temperatur mənfi 4 dərəcəyədək aşağı düşüb.
Adətən daha çox yağıntı dağlıq ərazilərdə müşahidə olunsa da, bu dəfə yağıntı əsasən Quba, Qusar və Xaçmazın rayon mərkəzlərində qeydə alınıb. Qubada qarın hündürlüyü 2-3 santimetrə çatır.
Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.
Hazırda şimal bölgəsinin yollarında buzlaşma müşahidə olunmur. Amma qarın yağması davam etdiyindən gecə saatlarında dağlıq ərazidəki yolların buz bağlaması ehtimalı var. Təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada dağ yollarından istifadə etməsi tövsiyə olunmur.
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib