Türkiyənin Superliqası təmsilçisi "Kayserispor" heyətini yeni hücumçu ilə gücləndirib.
“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kayseri təmsilçisi Yunanıstanın PAOK klubundan Fyodor Çalovu transfer edib.
Rusiyalı forvard mövsümün sonuna qədər icarə əsasında Türkiyə klubunda çıxış edəcək.
Qeyd edək ki, 2024-cü ildən PAOK-un şərəfini qoruyan Çalov cari mövsümdə keçirdiyi 22 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Yunanıstan klubu ilə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq