Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şərur rayonunun dağlıq ərazisində çöl heyvanlarının qida maddələrinə olan təlabatının qismən ödənilməsi məqsədilə biotexniki tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, tədbir çərçivəsində çöl heyvanlarının sıx məskunlaşdığı, eyni zamanda, qalın qar örtüyünün müşahidə olunduğu "Billava" adlanan əraziyə 30 kip qaba yem və 150 kiloqram daşduz dağıdılıb.
Fauna ehtiyatlarının mühafizəsi və artırılması məqsədilə keçirilən biotexniki tədbirlərin zərurət yarandığı digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur.
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib