Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı və Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevi Ermənistan və Azərbaycan arasındakı sülh təşəbbüsünün eyni mükafata layiq görülməsi münasibətilə təbrik etməkdən şərəf duyuram.
“İki sahil” xəbər verir ki, bunu Livan Respublikasının Prezidenti Cosef Aun "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına ünvanladığı təbrik videomüraciətində deyib.
"Bu mükafat iki ölkə arasında uzunsürən münaqişəyə son qoyan və region xalqlarının daha təhlükəsiz gələcəyi üçün yeni sabitlik səhifəsi açan tarixi sülh sazişinin yüksək qiymətləndirilməsidir. Bu nailiyyət bir daha sübut edir ki, siyasi cəsarət səmimi iradə ilə birləşdikdə münaqişəni fürsətə, sülhü isə daimi seçimə çevirmək mümkündür", - o qeyd edib.
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
YAP və ÇKP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Fərid Şəfiyev: Cənubi Qafqazda irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri qərəzli məqaləyə cavab verib