Bakıda "Qoşulmama Hərəkatının Gənclər Həftəsi" başlayıb.
“İki sahil” xəbər verir ki, iki gün davam edəcək tədbir çərçivəsində beynəlxalq əməkdaşlıq, qlobal proseslərdə gənclərin rolu, eləcə də aktual iqlim gündəminə həsr olunmuş bir sıra panel müzakirələri planlaşdırılıb.
Tədbiri giriş sözü ilə COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova açıb.
Gənclər Həftəsində gənclərin nümayəndələri ilə yanaşı, dövlət strukturlarının nümayəndələri, Azərbaycanda akkreditə olunmuş səfirlər, həmçinin beynəlxalq təşkilatların və ekspert ictimaiyyətinin nümayəndələri iştirak edir.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram