“Azərsun Holdinq” sosial məsuliyyət ənənələrinə sadiq qalaraq cəmiyyət üçün əhəmiyyətli layihələrə dəstəyini davam etdirir.
“İki sahil” xəbər verir ki, şirkətlər qrupu bu dəfə yaşlı insanların sosial rifahının yüksəldilməsinə yönəlmiş fəaliyyəti ilə tanınan, adıçəkilən qeyri-hökümət təşkilatına dəstək göstərəcək.
Layihə çərçivəsində ölkənin aparıcı qida şirkətlərindən biri olan “Azərsun Holdinq”, “Üçüncü Bahar”ın fəaliyyəti üçün lazım olan zəruri qida məhsulları ilə təmin edərək ahıllar üçün yaradılan sosial mühitin davamlılığına töhfə verir. Bu dəstək yaşlı insanların gündəlik həyatında daha keyfiyyətli və rahat şəraitin formalaşmasına xidmət edir.
“Üçüncü Bahar” İctimai Birliyi 2017-ci ildən etibarən yaşlı insanların həyat keyfiyyətinin yaxşılaşdırılması və onların cəmiyyətə fəal inteqrasiyasının təşviqi istiqamətində ardıcıl və sistemli fəaliyyət göstərir. Təşkilat 9 illik fəaliyyəti dövründə 45 mindən çox yaşlının həyatına toxunaraq onlara ümid, sevinc və yeni imkanlar bəxş edib.
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib