4 fevral 2026-cı il tarixində Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında Dünya Hökumətləri Sammiti çərçivəsində Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BƏƏ-nin dövlət naziri və Kabinetin baş katibi Məryəm Al Hammadi imzalayıblar.
Məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi, idarəetmə və institusional bacarıqların inkişafı, müvafiq istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsidir.
Eyni zamanda sənədin icrası çərçivəsində dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaların tətbiqi üzrə təcrübə mübadiləsinin aparılması planlaşdırılır.
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib