Pakistan İslamabaddakı məsciddə insanların ölümünə səbəb olan partlayışla əlaqədar dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar "X" sosial şəbəkəsində yazıb.
"Bu çətin vaxtda Pakistanla həmrəyliyə görə sizə təşəkkür edirik. Terrorizmlə mübarizədə əzmimiz sarsılmaz olaraq qalır", - o yazıb.
Qeyd edək ki, bu gün İslamabadda məsciddə baş verən partlayış nəticəsində azı 31 nəfər həlak olub, 169 nəfər yaralanıb.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram