Britaniyalı məşhur repçi Central Cee İslamı qəbul etdiyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, onun sosial şəbəkələrdə paylaşdığı açıqlama qısa müddətdə böyük maraq doğurub.
Central Cee canlı yayım zamanı müsəlman olduğunu açıqlayıb.
“Kəlmeyi-Şəhadət oxudum, yeni adım var, indi müsəlmanam”, - o bildirib.
İzləyicilər repçiyə yeni ad da təklif ediblər. Şərhlərdə ən çox qeyd edilən ad “Yusif” olub.
Bəzi izləyicilər Central Cee-nin rəsmi olaraq yeni ad seçib-seçmədiyi ilə maraqlandıqlarını bildirərək, bu mövzuda əlavə açıqlama gözlədiklərini qeyd ediblər.
Central Cee yeni adı ilə bağlı rəsmi təsdiq və ya əlavə məlumat verməyib.
İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib
Manana dahi sənətkar Aftandil İsrafilovun repertuarına müraciət etdi - FOTO/VİDEO