Fevralın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.
Ali Məclisin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinin müzakirəsinin daxil edildiyini deyib.
İclasda qanun layihələri haqqında Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Rahib Kərimov məlumat verib.
Gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparıldıqdan sonra qanun layihələrinin Ali Məclisin plenar iclasına təqdim olunması tövsiyə edilib.
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
YAP və ÇKP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Fərid Şəfiyev: Cənubi Qafqazda irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri qərəzli məqaləyə cavab verib