Azərbaycanda kibertəhlükəsizliyin gücləndirilməsi üçün sistemli tədbirlər görülür.
“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günündə deyib.
Nazir müavini deyib ki, son illər Azərbaycanda həyata keçirilən ardıcıl və məqsədyönlü sosial-iqtisadi inkişaf siyasəti çərçivəsində rəqəmsal inkişaf sahəsində mühüm nailiyyətlər əldə edilib.
O qeyd edib ki, rəqəmsallaşma dövlət idarəçiliyinin səmərəliliyini artırmaqla yanaşı, iqtisadiyyatın rəqabətqabiliyyətinin yüksəldilməsinə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında geniş imkanlar yaradır: "Eyni zamanda, rəqəmsallaşma ilə paralel olaraq informasiya sistemlərinin genişlənməsi kibertəhdidlərin artmasına, məlumatların məxfiliyinin və bütövlüyünün pozulması risklərinə səbəb olur. Bu baxımdan, dövlət orqanlarının, özəl sektorun vətəndaşların rəqəmsal təhlükəsizliyə məsuliyyətli yanaşması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi rəqəmsal inkişafın ayrılmaz tərkib hissəsi kimi xüsusi əhəmiyyət kəsb edir".
S. Məmmədov bildirib ki, hazırda ölkə səviyyəsində dövlət və özəl sektorda kibertəhlükəsizliyin gücləndirilməsi, milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir: "Bu tədbirlər normativ-hüquqi bazanın təkmilləşdirilməsini, institusional potensialıngücləndirilməsi və insan kapitalının inkişafını əhatə edir".
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib