Baş nazir Əli Əsədov “Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adının verilməsi haqqında” Qərar imzalayıb.
“İki sahil” xəbər verir ki, qərara əsasən Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib.
Elm və Təhsil Nazirliyinə və Ağdaş Rayon İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib
Manana dahi sənətkar Aftandil İsrafilovun repertuarına müraciət etdi - FOTO/VİDEO