"Everton" klubu yay transfer pəncərəsində "Mançester Siti"nin iki futbolçusunu heyətinə qatmağı hədəfləyir.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin baş məşqçisi Devid Moyes həm Cek Qrilişi, həm də Con Stounzu komandasında görməyə maraq göstərir.
Məlumata görə, ötən yay icarə əsasında komandaya cəlb olunan Stounzun müqaviləsində 50 milyon funt sterlinq (təxminən 57,5 milyon avro) dəyərində satınalma maddəsi yer alır. Lakin klub 30 yaşlı müdafiəçi üçün bu məbləği həddindən artıq yüksək hesab edir. Bildirirlir ki, klub rəhbərliyi transferi daha aşağı qiymətə reallaşdırmaq üçün danışıqlar aparacaq.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq