Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu events” şirkətinin təşkilatçılığı ilə türkiyəli müğənni Emre Aydın Bakıya gəlib.
“İki sahil” xəbər verir ki, bu gün paytaxta təşrif buyuran sənətçini hava limanında jurnalistlər qarşıladılar.
Bakida olmaqdan və burada çıxış etməkdən böyük məmnunluq hissi duyduğunu söyləyən ulduz qonaq konsert üçün xüsusi sürpizlər hazırladığını bildirib.
Qeyd edək ki, Emre Aydının konserti bu gün Baki Konqres Mərkəzində baş tutacaq.
İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib
Manana dahi sənətkar Aftandil İsrafilovun repertuarına müraciət etdi - FOTO/VİDEO