Azərbaycan Basketbol Liqasında bu gün XVII tura yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə "Şəki" evdə "Neftçi"ni qəbul edəcək. Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində saat 14:00-da başlayacaq.
Turun son matçı Bakı İdman Sarayında NTD və "Sabah" komandaları arasında baş tutacaq. Bu görüş saat 18:00-da start götürəcək.
Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə "Sərhədçi" "Lənkəran"ı (83:69), "Naxçıvan" "Sumqayıt"ı (110:107), "Abşeron Lions" "Gəncə"ni (81:71), "Ordu" isə "Quba"nı (98:87) məğlub edib.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq