Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb. Heç bir atışma yoxdur, heç kəs yaralanmır, heç kim qətlə yetirilmir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə səsləndirib.
Dövlətimizin başçısı deyib ki, biz artıq Ermənistanla əməkdaşlığa başlamışıq. “Biz yüklərin daşınmasında Azərbaycan ərazisində bütün məhdudiyyətləri aradan qaldırmışıq. Gürcüstanlı dostlarımıza da təşəkkürümüzü bildiririk ki, onlar çox mühüm tranzit imkanlarını yaradırlar”, - deyə Prezident əlavə edib.
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB