Sevilən müğənni Azad Şabanov 14 fevral “Beynəlxalq sevgililər günü”nə həsr olunan yeni layihəsini təqdim edib.
“İki sahil” xəbər verir ki, sənətçi bəstəsi Emin Sabitoğluya, sözləri isə Vaqif Səmədoğluya məxsus olan “Evləri köndələn yar” mahnısını sevənlərə ərmağan edib.
İfaçı layihəyə videoçarx da çəkdirib. Duyğu dolu əsər böyük maraqla qarşılanılıb.
Qeyd edək ki, Azad Şabanovun yeni musiqili layihəsi bütün musiqi platformalarında, eyni zamanda rəsmi “Youtube” kanalında da nümayış olunur.
İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib
Manana dahi sənətkar Aftandil İsrafilovun repertuarına müraciət etdi - FOTO/VİDEO