Biz iqtisadi əməkdaşlıq məsələlərinə, kənd təsərrüfatı sahəsinə toxunduq, bu sahədə də bir çox mübadilələr baş verə bilər. Hesab edirəm ki, Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir.
“İki sahil” xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
O, Azərbaycandan ölkəsinə xüsusi endirimlə məhsullar ixrac olunduğunu vurğulayaraq deyib: “Digər ixrac edilən məhsullarla müqayisədə bu, xeyli qəbuledilən bir qiymətdir. Ona görə düşünürük ki, bu sahədə işləməyən hökumət rəsmiləri buna baxmalıdırlar. Həmçinin bu sahədə də əməkdaşlıq yaratmalıdırlar və təbii ki, bizim azərbaycanlı dostlarımızın təklif etdiyi məhsulları almağa hazırlaşmalıdırlar”.
“Əlbəttə ki, bizim də Azərbaycana təklif edəcəyimiz çox məhsullar var”, – deyə A.Vuçiç əlavə edib.
Prezidentin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB
Prezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib