Fransanın "Marsel" klubunda növbəti səs-küylü ayrılıq baş verib.
“İki sahil” xəbər verir ki, klubun idman direktoru Mehdi Benatiya tutduğu vəzifədən istefa verib.
Mərakeşli funksioner bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, rəhbərliyin onu buraxmaq istəməməsinə baxmayaraq qərarında qəti olduğunu bildirib:
"Mən həqiqətən də istefa verdim. Varlığımın klubun inkişafına mane olmasını istəmirəm. Münasibətlərdə qırıqlıq hiss edirəm və buna görə çox təəssüflənirəm".
Xatırladaq ki, bir neçə gün əvvəl "Marsel"in baş məşqçisi Roberto De Zerbi də istefaya göndərilmişdi. Hazırda Marsel təmsilçisi Fransa Liqa 1-də 40 xalla 4-cü pillədə qərarlaşıb.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq