"Nyukasl"ın kapitanı Bruno Gimaraynş UEFA Çempionlar Liqasının pley-off görüşlərində "Qarabağ"a qarşı oynaya bilməyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə İngiltərə mətbuatına açıqlamasında klubun baş məşqçisi Eddi Hou deyib.
Braziliyalı yarımmüdafiəçi təxminən iki ay yaşıl meydanlardan kənar qalacaq.
28 yaşlı futbolçunun bud əzələsindən ciddi zədə alıb.
Xatırladaq ki, Azərbaycan çempionunun "sağsağanlar"la duelləri fevralın 18-də və 24-də baş tutacaq.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq