Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə bu gün yekun vurulub.
“İki sahil” xəbər verir ki, keçirilməsi nəzərdə tutulan 4 oyundan 3-ü baş tutub.
"Yeni Suraxanı" U-19-la görüşə gəlmədiyinə görə, matçın nəticəsi haqda AFFA İntizam komitəsi qərar verəcək.
Günün ilk matçında "Baku Fire-2" böyükhesablı qələbə qazanıb. I Liqanın iddialı təmsilçilərindən "STAR kargo" – "Şuşa" dueli isə ən maraqlı görüş olub. Matçın əvvəlində Yüksək Liqa klubu hesabda öndə olsa da, aşağı liqa təmsilçisi sona yaxın hadisələrin axarını xeyrinə dəyişib və qələbə qazanıb.
Son görüşdə isə Azərbaycan Kubokunun son qalibi olan PFL böyükhesablı qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb.
"Ulduz" - "Baku Fire-2" 1:12
"STAR kargo" – "Şuşa"10:8
"Timsport" – PFL 4:15
Beləliklə, martın 15-də keçiriləcək 1/4 final mərhələsində bu komandalar qarşılaşacaq:
U-19 – "Yeni Suraxanı" // PFL
"Lənkəran" – "Baku Fire-2"
"STAR kargo" – "Neftçi" İK
"Xan-Lənkəran" – "Araz-Naxçıvan".
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq