İngiltərə Premyer Liqasının iki nəhəng klubu "Çelsi" və "Liverpul" transfer bazarında rəqib olublar.
“İki sahil” "TEAMtalk"a istinadən xəbər verir ki, hər iki klub "Nottinqem Forest"in müdafiəçisi Murilyonu heyətinə qatmağı hədəfləyir.
Məlumata görə, futbolçunun nümayəndələri artıq potensial təklifləri dəyərləndirməyə başlayıblar. "Zadəganlar"ın yay transfer pəncərəsində 3 müdafiəçi ilə yolları ayırmağa hazırlaşdığı üçün bu keçiddə daha israrlı olduğu bildirilir. "Mersisaydlılar" isə İbrahima Konate və Co Qomesin komandadakı gələcəyinin qeyri-müəyyən olması səbəbindən braziliyalını hədəf seçib.
Qeyd edək ki, Murilyo cari mövsüm bütün turnirlərdə 25 matça çıxıb və 1 qolla yadda qalıb. Onun hazırkı klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq