İspaniya futbolunun canlı əfsanəsi Andres İnyesta karyerasında yeni səhifə aça bilər.
“İki sahil” "BBC"yə istinadən xəbər verir ki, Mərakeş Futbol Federasiyası 41 yaşlı ulduz futbolçuya texniki direktor vəzifəsini təklif etməyə hazırlaşır.
Məlumata görə, klub bu yay keçiriləcək Dünya Çempionatından öncə İnyestanın təcrübəsindən yararlanmaq niyyətindədir. Xatırladaq ki, Mərakeş millisi mundialın qrup mərhələsində Braziliya, Şotlandiya və Haiti ilə qarşılaşacaq.
Qeyd edək ki, Afrika təmsilçisi ötən Dünya Çempionatında tarixi uğura imza ataraq yarımfinala qədər irəliləyib, lakin orada Fransaya (0:2), 3-cü yer uğrunda görüşdə isə Xorvatiyaya (1:2) uduzaraq turniri 4-cü pillədə başa vurub
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq