Fevralın 16-da Bakı şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi və Gürcüstanın Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “İki sahil”ə verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Gürcüstan nümayəndə heyətinə isə Gürcüstan Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq, konsulluq və diaspor məsələləri direktoratlığının direktoru Qiorqi Tabatadze rəhbərlik edib.
Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze, Azərbaycanın Baş Prokurorluğunun, Ədliyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin rəsmiləri iştirak ediblər.
Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması barədə fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması və onlara konsulluq yardımının göstərilməsi mövzusu üzrə müzakirələr keçirib, əməkdaşlığın intensivləşdirilməsinə dair razılığa gəliblər.
Məsləhətləşmələrdə, həmçinin Azərbaycanla Gürcüstan arasında ədliyyə, miqrasiya, təhsil, sosial müdafiə və digər vacib sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.
Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur
Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib