"Qarabağ"ın futbolçuları UEFA Çempionlar Liqasındakı növbəti matça məsuliyyətli yanaşırlar.
“İki sahil” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Bakıda İngiltərənin "Nyukasl" klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bu oyunda böyük təcrübə əldə edə bilərik. Bu, Azərbaycan futbolu tarixində ilkdir. Rəqibimiz köklü klubdur. Dünyanın bir nömrəli çempionatında oynayırlar. Hazırlaşmaq üçün vaxtımız az oldu. Futbolçular sabahkı matça məsuliyyətli yanaşırlar, həyəcanlıdırlar. Özlərinin ən yaxşı oyunlarından birini göstərmək istəyəcəklər. Rəqibi təhlil etmişik. Doğma meydanda yaxşı mübarizə aparmağa, cəsarətli oynamağa çalışacağıq"
Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq