ABŞ administrasiyası həftəsonu İrana zərbə endirmək imkanını nəzərdən keçirir, lakin yekun qərar hələ verilməyib.
“İki sahil” xəbər verir ki, bu barədə "CBS News" mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, milli təhlükəsizlik aparatının əməkdaşları ABŞ Prezidenti Donald Trampa məlumat veriblər ki, ordu şənbə günü İrana mümkün zərbələrə hazırdır, lakin hər hansı bir hərəkətin vaxtı çox güman ki, dəyişəcək. "CBS News" hələlik yekun qərarın verilmədiyini vurğulayıb. Qeyd olunur ki, Ağ Ev potensial hücumdan eskalasiya risklərini, həmçinin siyasi və hərbi çəkinməni qiymətləndirir.
Əraqçi: Xəzərin hüquqi statusu haqqında konvensiyanın ratifikasiyası İranın mənafeyinə uyğundur
Zelenski: ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr göndərəcək
Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq