Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Hind okeanında Çaqos arxipelaqının Mavrikiya ada dövlətinə suverenliyinə verilməsini Dieqo-Qarsiyadakı hərbi bazanın saxlanması üçün yeganə seçim adlandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Sky News" telekanalı Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinin açıqlamasına istinad edib.
"Dieqo-Qarsiyadakı Böyük Britaniya-ABŞ birgə hərbi bazasının saxlanması ilə bağlı razılaşma Böyük Britaniyanın və əsas müttəfiqlərimizin təhlükəsizliyi üçün vacibdir. Əldə olunan razılaşma bu həyati əhəmiyyətli hərbi bazanın uzunmüddətli gələcəyinə zəmanət verməyin yeganə yoludur", - bəyanatda deyilir.
Telekanal həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp iki həftə əvvəl bunu Böyük Britaniya Baş nazirinin əldə edə biləcəyi "ən yaxşı" razılaşma adlandırıb və ABŞ Dövlət Departamenti də onun bağlanmasını dəstəkləyib.
Əraqçi: Xəzərin hüquqi statusu haqqında konvensiyanın ratifikasiyası İranın mənafeyinə uyğundur
Zelenski: ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr göndərəcək
Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq