ABŞ-nin vitse-prezidenti Cey Di Vens Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətindəki səylərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib.
“İki sahil” xəbər verir ki, o, bunu Sülh Şurasının ilk iclasında bəyan edib.
"Etdikləriniz inanılmazdır. Burada toplaşan bütün liderlərə, gələcəyə və sülhə investisiya qoyan hər kəsə minnətdarıq. Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini xüsusilə qeyd etmək istəyirəm, onlarla keçən həftə görüşmüşdüm. Bunu mümkün etdiyiniz üçün və gerçək liderliyin nəyə nail ola biləcəyini nümayiş etdirdiyiniz üçün sizə təşəkkür edirəm. Səyləriniz üçün ikinizə də minnətdaram", - Vens qeyd edib.
Onun sözlərinə görə, hərbi əməliyyatları bir kənara qoyub insanlara və rifaha sərmayə yatıranda böyük işlər görmək mümkündür.
Prezidentin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB
Prezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib