Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir.
“İki sahil” xəbər verir ki, 600-dək məhkəmə hakiminin, həmçinin Məhkəmə-Hüquq Şurası üzvlərinin iştirak etdiyi forumun məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti ölkəmizdə gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaqdır.
Forum çərçivəsində məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar, qarşıda duran əsas vəzifələr, habelə ədalət mühakiməsi sahəsində mövcud olan müasir çağırışlar müzakirə olunacaq.
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB