Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının adı dəyişdirilərək Azərbaycan Su İdmanı növləri Federasiyası (Azerbaijan Water Sports Federation) adlandırılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə federasiyanın ümumi yığıncağında qərar qəbul olunub.
Bu addım ölkəmizdə su idman növlərinin vahid platformada inkişafını təmin etmək, idarəetmədə çevikliyi artırmaq və beynəlxalq arenada daha effektiv təmsilçiliyə nail olmaq məqsədi daşıyır.
Eyni zamanda populyarlığı artırmaq, kütləviliyi təmin etmək, yeniyetmə və gəncləri cəlb etmək federasiyanın əsas prioritetdir.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq