TÜRKPA müşahidəçi statusu almaq üçün sənədləri yaxın günlərdə ATƏT PA-nın Beynəlxalq Katibliyinə göndərəcək.
Qurumdan “İki sahil”ə verilən məlumata görə, TÜRKPA-nın Baş katibi Ramil Həsən ATƏT PA-nın Vyanada keçirilən qış sessiyası çərçivəsində qurumun Baş katibi Roberto Montella və Prezidenti Pere Con Pons Sampietro ilə görüşüb. Görüş zamanı ATƏT PA ilə TÜRKPA arasında 2010-cu ildən etibarən davam edən əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı əsasda ortaq layihələrdə iştirak və keçiriləcək beynəlxalq konfranslarda birgə iştirak ilə bağlı müzakirələr aparılıb.
Eyni zamanda, görüşlərdə 57 ölkəni birləşdirən ATƏT PA-da müşahidəçi statusunun əldə olunması istiqamətində TÜRKPA tərəfindən bütün zəruri sənədlərin toplandığı və yaxın günlərdə qurumun Beynəlxalq Katibliyinə göndəriləcəyinə dair məsələlər də müzakirə edilib.
Azərbaycan ilə Küveyt arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib
Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər