Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçular arasında seleksiya prosesini davam etdirir.
“İki sahil” xəbər verir ki, "seçim günü" çərçivəsində növbəti seçimlər bu gün Bakı şəhərində keçirilib.
Yeniyetmə və gənc oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Cahangir Seyed Abbasi Bakı Regional Voleybol Klubunda məşq edən 2012–2013-cü il təvəllüdlü oğlan voleybolçuların hazırlıq səviyyəsi ilə tanış olub.
Seçim mərhələsini uğurla keçən idmançılar yeniyetmələrdən ibarət milli komandaya cəlb olunacaqlar. Növbəti "Seçim günü" fevralın 28-də Şəkidə keçiriləcək.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq