Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Monakonun hökumət məsləhətçisi - xarici işlər və əməkdaşlıq üzrə naziri İzabel Berro-Amadey ilə danışıqlar aparıb.
“İki sahil” xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Monakoda səmərəli danışıqlar aparılıb. Hökumət məsləhətçisi - xarici işlər və əməkdaşlıq üzrə nazir İzabel Berro-Amadeyə, eləcə də hökumət məsləhətçisi - avadanlıq, ətraf mühit və şəhərsalma üzrə nazir Selin Karon-Dajoniyə təşəkkür edirəm", - L.Abdullayeva yazıb.
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB