Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.
“İki sahil” xəbər verir ki, cavab oyunlarında rəmzi ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov edib.
Şəhriyar Məmmədyarov-Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub.
Ağ fiqurlarla çıxış edən M.Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qələbə qazanan M.Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.
Yarışın reytinq favoriti Ş.Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, hazırda digər görüşlər davam edir.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq