Son iki ildə Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdə siyasi, iqtisadi və humanitar sahələrdə əhəmiyyətli inkişaf müşahidə olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bəyan edib.
"İki il əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski məni Azərbaycana səfir təyin etdi. Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının gücləndirilməsi üçün hər gün çalışanlara dərin minnətdarlığımı bildirmək istəyirəm. Nəticə çıxarmaq üçün hələ tezdir, amma son iki ildə birlikdə çox şeyə nail olmuşuq - siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar təşəbbüslər və sosial əlaqələr sahəsində. Səmimi dəstək və həmrəylik Ukrayna üçün bu ən çətin dövrdə xüsusilə dəyərlidir", - deyə o bildirib.
Diplomat həmçinin iki xalq arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə azərbaycanlı həmkarlarına və Ukrayna ictimaiyyətinə təşəkkürünü bildirib.
Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
Aşrafxanov: Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır
YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib
YAP Sədrinin müavini Tahir Budaqov AK Parti Gənclik Qollarının nümayəndə heyətini qəbul edib