Fevralın 20-dən 22-dək Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirə turniri keçirilib.
“İki sahil” xəbər verir ki, 55-ci dəfə təşkil edilən yarışda sərbəst güləş üzrə milli komandanın üzvü Abubakr Abakarov (92 kq) uğurlu çıxış edib. Bütün rəqiblərinə qalib gələn təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Abubakr finalda dağıstanlı Qamzat Qasanov üzərində inamlı qələbə qazanıb – 12:5.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq