“Qarabağ”ın mərkəz hücumçusunu, Kamilo Duranı çox bəyənirəm. O, sürəti ilə müdafiə arxasına qaçışlar edir və komanda üçün real təhlükə yaradır. Qol vurmaq baxımından çox yaxşı hissiyyata malikdir.”
“İki sahil” xəbər verir ki, bu sözləri İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Baş məşqçi yarımmüdafiəçi Yankoviç haqqında da müsbət fikirlər səsləndirib:
“Yarımmüdafiədə Yankoviç də çox yaxşı futbolçudur. Ümumilikdə “Qarabağ”ın heyətində kifayət qədər keyfiyyətli oyunçular var”.
Eddi Hau əlavə edib ki, ilk oyunda komandasının ən yaxşı səviyyədə çıxış etməsi nəticəyə təsir göstərib:
“İlk oyun daha çox bizim ən yaxşı oyunumuzu göstərməyimizlə bağlı idi. Onlar üçün işi çətinləşdirdik. Bu oyuna da yaxşı hazırlaşmışıq çünki onların yaxşı komanda olduğunu bilirik”.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq