"Qarabağ" futbol klubu UEFA tərəfindən təxminən 65.8 milyon manat vəsait əldə edib.
“İki sahil” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov özünün "X"dəki hesabında yazıb.
"UEFA həmrəylik mexanizmi çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən digər klublarımızın hər biri təxminən 1.6 milyon manat əlavə vəsait qazanacaq" , o qeyd edib.
Fərid Qayıbovun sözlərinə görə, "Qarabağ" ölkəmizdə real potensialı olan idman iqtisadiyyatına mühüm töhfə verib.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq