Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar başsağlığı mesajı yayımlayıb.
“İki sahil” xəbər verir ki, mesaj təşkilata üzv bütün ölkələrin dillərində paylaşılıb.
Mətndə deyilir: “Birinci Qarabağ müharibəsi zamanı 1992-ci il fevralın 25–dən 26-na keçən gecə azərbaycanlı mülki əhaliyə qarşı törədilən Xocalı soyqırımının 34-cü ildönümündə bu faciəvi hadisənin günahsız qurbanlarını dərin ehtiramla yad edir, onların əziz xatirələri qarşısında baş əyir, Azərbaycan Respublikası Hökuməti və qardaş Azərbaycan xalqı ilə sarsılmaz həmrəyliyimizi bir daha ifadə edirik”.
Mesaj #Xocalı #HeçVaxtUnutmayacağıq #TDT #TürkDünyası heşteqləri ilə paylaşılıb.
Aşrafxanov: Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır
YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib
YAP Sədrinin müavini Tahir Budaqov AK Parti Gənclik Qollarının nümayəndə heyətini qəbul edib