PSJ-nin vingeri Bredli Barkola "Barselona"nın maraq dairəsinə düşüb.
“İki sahil” xəbər verir ki, "L’Equipe" nəşrinin yaydığı məlumata görə, Paris təmsilçisi yay transfer pəncərəsində futbolçuya gələcək təklifi dəyərləndirməyə maraq göstərir. 23 yaşlı oyunçunun xidmətində maraqlı olan əsas klublardan biri "Barselona"dır.
PSJ fransız vingerin transfer qiymətini 70 milyon avro olaraq müəyyənləşdirib.
Qeyd edək ki, Bredli Barkola 2023-cü ildə "Lion"dan 45 milyon avroya transfer edilib və onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Xatırladaq ki, cari mövsümdə Barkola bütün turnirlərdə 33 matça çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq