Azərbaycan boksçusu Malik Həsənov Bolqarıstanın paytaxtı Sofiyada “Strandja” beynəlxalq turnirində 1/4 finala vəsiqə qazanıb. “İki sahil” xəbər verir ki, milli üzvü bu hüquqa gürcüstanlı Laşa Qaqnidzeni məğlub etməklə yiyələnib.
Həsənov 1/8 finalda rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Yertuqan Zeynulinovla (Qazaxıstan) qarşılaşacaq.
Qeyd edək ki, daha öncə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) də 1/4 finala yüksəlib
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq