“Qarabağ” UEFA Çempionlar Liqasında vurduğu qolların sayına görə rekorda imza atıb.
“İki sahil” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından bildirilib. Qeyd olunub ki, Ağdam təmsilçisi 2025/2026-cı illər mövsümündə ümumilikdə 31 dəfə fərqlənib ki, bu da Azərbaycan klublarının bir mövsüm üçün mütləq rekordudur.
Cari mövsümdə Azərbaycan klubları avrokuboklarda 48 qol vurub. Bu da 2023/2024-cü illər mövsümündəki məhsuldarlıq rekordunun təkrarıdır. Bu qollardan 31-i məhz “Qarabağ”ın payına düşür.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq