Stolüstü tennis üzrə milli komandanın 4 üzvü Türkiyə Superliqasında iştirak edəcək. “İki sahil” xəbər verir ki, Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova “Masader Spor Klubu”, Adil Əhmədzadə ilə Onur Quluzadə isə “Spin Point Spor Kulubu”ndan dəvət alıb. Sözügedən idmançılar yarışın 3-cü və 4-cü turunda çempionat oyunlarına çıxacaqlar. Qarşılaşmalar fevralın 28-i və martın 1-də Kayseri şəhərinin idman kompleksində təşkil olunacaq. Qeyd edək ki, seçmə komandanın üzvləri bu gün Türkiyəyə yollanıblar
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq