Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib. Azərbaycan milli komandası ilk yarış gününü uğurla başa vuraraq 1 qızıl və 1 gümüş medal qazanıb.
“İki sahil” xəbər verir ki, hər iki mükafat eyni çəki dərəcəsində qeydə alınıb. Azərbaycan finalına səhnə olan -60 kq-da Əhməd Yusifov qızıl, Balabəy Ağayev isə gümüş medala sahib olub.
Qeyd edək ki, Balabəy Ağayev Paris Böyük Dəbilqəsindən sonra ardıcıl ikinci dəfə finala yüksəlib. Əhməd Yusifov isə Böyük Dəbilqə turnirlərində ilk çempionluğunu rəsmiləşdirib.
Aktivində iki medal olan Azərbaycan ümumi medal sıralamasında Yaponiyadan sonra ikinci pillədə qərarlaşıb.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq