SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Xızı rayonunda baş tutub. Birlik rəhbəri Xızı ilə yanaşı, Siyəzən, Xaçmaz və digər ətraf rayonlardan qəbula üz tutan vətəndaşların qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib.
Birlikdən “İki sahil”ə verilən məlumata görə, sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, qaz xəttinin yerinin dəyişdirilməsi, kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar.
Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib.
Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Sumqayıt və Xaçmaz Regional qaz istismarı İdarələrinin rəhbərliyinə müvafiq tapşırıq verilib.
SOCAR-ın prezidenti “Wison Engineering Ltd” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb