Misli Premyer Liqasında XXII tura bu gün yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Turan Tovuz" "Azersun Arena"da "İmişli"ni qəbul edəcək. "Turan Tovuz" hazırda 40 xalla üçüncü pillədə qərarlaşıb. 20 xala malik "İmişli" isə 9-cu yerdədir.
Turun mərkəzi qarşılaşmasında isə "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"la üz-üzə gələcək. "Sabah" 52 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədə yer alan "Qarabağ"ın isə 45 xalı var.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq