"Ən-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 24-cü turunun "Əl-Fayha"ya qarşı səfər oyununda zədələnib.
“İki sahil” xəbər verir ki, 81-ci dəqiqədə Ronaldu axsayaraq meydanı tərk edib, ehtiyat oyunçular skamyasında isə onun dizaltı vətər nahiyəsinə buz qoyulub.
Görüşün əvvəlində futbolçu penaltini reallaşdıra bilməyib.
Qeyd edək ki, 41 yaşlı forvard 21 qolla Səudiyyə Ərəbistanı çempionatının ən yaxşı bombardirləri siyahısında üçüncü yerdədir.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq