Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib.
“İki sahil” xəbər verir ki, 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb.
1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyi fəaliyyətə başlayıb. Həmin ilin noyabrında isə BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılıb.
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB